AFFA-nın əməkdaşı “Mançester Siti”nin oyununa təyinat alıb | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın əməkdaşı “Mançester Siti”nin oyununa təyinat alıb

17:14 - 28 / 03 / 2018
AFFA-nın əməkdaşı “Mançester Siti”nin oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva UEFA tərəfindən yeni təyinat alıb.

1news.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, o, qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində keçiriləcək “Linköpings” (İsveç)–“Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, “Linköpings”–“Mançester Siti” futbol matçı martın 28-də İsveçin Linköping şəhərində keçiriləcək.

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər