Paralimpiyaçılarımız Dünya Çempionatına lisenziya qazanıb | 1news.az | Xəbərlər
İdman

Paralimpiyaçılarımız Dünya Çempionatına lisenziya qazanıb

10:36 - 29 / 03 / 2018
Paralimpiyaçılarımız Dünya Çempionatına lisenziya qazanıb

19-28 mart tarixlərində Unibank-ın dəstəyi ilə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandası 7 nəfərlik heyətlə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əin şəhərində keçirilmiş Dünya Kubokunda iştirak edib.

1news.az-a Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinindən verilən xəbərə görə, idmançilarımız çıxışlarını uğurla başa çatdırıblar.

İdmançilarımız Babayeva Aybəniz, Məmmədov Elşad, Taranova Yelena və Zeynalov Kamran 1-12 may 2018-ci il tarixlərində Cənubi Koreyada keçiriləcək Dünya Çempionatına lisenziya qazanıblar.

S.Xankişiyeva

 

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər