Alma Store (Apple Premium Reseller) rəsmi olaraq iPhone 6s CPO (certified pre-owned) smartfonların satışına başlayır – FOTO
Xəyal, yoxsa reallıq?
Rəsmi və istehsalçının birillik zəmanətilə iPhone cəmi 799 AZN.
iPhone CPO (certified pre-owned) nədir ?
Gəlin, ilk öncə hamını narahat edən suala cavab verək: CPO (certified pre-owned) telefonlar ikinci əl telefonlarmı hesab edilir?
Cavab: Əlbətdə ki, xeyr!
CPO (certified pre-owned) Apple tərəfindən təkrar emaldan keçərək və yenilənərək rəsmi satış mərkəzləri tərəfindən satışa buraxılır (Azərbaycanda rəsmi satış hüququ Apple Premium Reseller statuslu Alma Store mağazasına məxsusdur). Bu cihazlar, istehsal qüsurlu olan və ya “Trade in” kampaniyası əsasında rəsmi Apple satış mərkəzinə geri qaytarılan cihazlardır. Smartfonlar daha sonra Apple şirkətinin zavodlarına yollanır və orada hissələri tam yenilənərək yenidən satışa buraxılır. Bütün cihazlara tam yeni ekran, batareya və korpus quraşdırılır.
Sonrakı mərhələdə isə bu smartfonlar digər cihazların istehsalında olduğu kimi müəyyən olunmuş Apple-ın bütün testlərdən keçir. Bütün testləri uğurla tamamlayan cihazlar yeni seriya nömrəsi, qulaqlıqlar və şarj cihazı ilə qutulara qablaşdırılır. Bütün bərpa edilən texnikaya Apple bir il beynəlxalq zəmanət verir.
Xarici görnüşü ilə iPhone 6s CPO iPhone 6s heç nə ilə seçilmir. Fərq yalnız —qablaşdırılmasındadır. Bu qutuların arxa hissəsində cihazın yenilənmiş olduğunu göstərən işarə yerləşir. Yenilənmiş cihaz, qutunun arxasında adından əvvəl gələn RFB (tam. refurbished) yazısı ilə ayırd edilir.
Yaxşı, bəs “CPO (certified pre-owned)” iPhone-ların bu qədər məşhur olmasının səbəbi nədir?
Cavab: Qiyməti.
Misal üçün, “CPO” iPhone 6S yeni çıxan iPhone 8-dən demək olar ki, seçilmir, lakin iki dəfə ucuzdur. Bu da onu bugünki telefon bazarında optimal modellərdən birinə çevirir. Aydın məsələdir ki, sonrakı iki nəsildən sonra belə iPhone 6S yetəri qədər güclü cihaz olaraq qalacaq. Bunun üçün heç izahımıza da ehtiyac yoxdur. Bəs görək, iPhone 6S istifadəçisi iPhone 8 ilə müqayisədə nə itirir? İki qat qiymət endirimi sizə daha məntiqli bir seçim verir, yoxsa vaxtı keçmiş bir cihaz?
Gəlin birlikdə aydınlaşdıraq.
Dizayna nəzər yetirək.
Dizayn baxımından iPhone 6-nın gəlişindən sonra Apple öz smartfon seriyasında ciddi dəyişikliklər etməyib. Bu oxşarlıq iPhone 6S və iPhone 8 müqayisəsində də özünü göstərir. Telefonların dizaynında gözəçarpan əsas dörd dəyişiklik var.
1.Arxa kameranın bir qədər sola və aşağı endirilməsi dizayndakı nəzərə çarpacaq dəyişikliklərdən biridir.
2.iPhone 6s-in metal, iPhone 8-in isə şüşə materialdan hazırlanmış gövdəyə sahib olması aradakı əsas fərqlərdən biridir, amma nəzərə almaq lazımdır ki, metal gövdə şüşəyə nisbətən daha dözümlüdür. Məsələn, iPhone 8 əlinizdən yerə düşsə, arxa hissəsinin şüşə materialdan olması səbəbilə tez sınır, lakin iPhone 6s modelində bu belə deyil.
3.Audio giriş (qulaqlıq girişi) – Yeni trendə görə mobil cihazlarda qulaqlıq girişinin olmaması artıq dəb halını alıb. iPhone 6s-i, iPhone 8-dən fərqləndirən önəmli detallardan biri də iPhone 6s-də 3.5 mm-lik qulaqlıq girişinin yerləşməsidir. iPhone 7 və 8 modellərində isə qulaqlıqdan yararlanmaq üçün əlavə konnektordan, yaxud Bluetooth qulaqlıqlardan istifadə etməlisiniz.
4.Dizaynda olan əsaslı fərqlərdən biri də telefonların arxa hissəsində olan antena yerləridir. 6s metal gövdəyə sahib olduğundan şəbəkənin yaxşı qurulması üçün yuxarı və aşağı hissədə plastik antenalar yerləri yerləşdirilib. iPhone 8 modelində isə bu daha səliqəli şəkildə yerləşdirilmişdir.
Nəticə etibarilə, hər iki telefon ənənəvi yeni nəsil iPhone görüntüsünü qoruyur və aradakı qiymət fərq iPhone 6s-i daha önə çəkir. Hər iki modeldə ekran ölçüləri dəyişməz qalıb. Önə çıxan fərqlər isə cədvəldə qeyd olunub.
Aşağda müqaisə cədvəlinə nəzər yetirək.
Xüsusiyyətləri 3,5-mm audio giriş, fiziki home düyməsi sudan və tozdan qorunma, sterio səs dinamikləri, naqilsiz şarj aləti.
Performans
Bu mövzuda sözü uzatmadan iPhone 8-in çox daha güclü tərəf olduğunu demək olar.
Lakin! Necəki at gücü hədsiz çox olan avtomobillər üçün “Bu qədər güc lazımdırmı?” sualını veririksə, iPhone 8 üçün də bu sual aktualdır.
Aydın məsələdir ki, iPhone 8 göstəriciləri daha yüksəkdir, Apple sonuncu smartfonu altinüvəli prosessor А11 Bionic sayəsində, bütün dünyadakı smartfonlarla müqayisədə şərtsiz liderdir.
Buna baxmayaraq iPhone 6s yenədə mükəmməl məhsuldarlıq nümayiş edir. Bu qədər güc AppStore-dakı “ən ağır” oyunlara belə ehtiyac yaratmır.
Tələb etdiyi qrafik görüntü, hesablama gücü və ram təzyiqini nəzərə alaraq seçdiyimiz Need for Speed, Dead Trigger 2, MTB: Downhill, Asphalt Xtreme kimi “ağır” oyunların hər-biri rahat və heç bir donma olmadan iPhone 6S modelində çalışır. FPS dəyəri də heç vaxt 30-dan aşağı düşmür.
Ram göstəricisi hər iki cihazda 2GB-dır. iOS-in yaxşı optimizasiyası hər iki cihazın ram problemi yaşamadan arxa planda bütün işləri həll etməsinə imkan yaradır.
Bir məqamı da nəzərə almaq lazımdır ki, iPhone 6s CPO Antutu testlərində 125.000-lik xal toplayır. Bu da o deməkdir ki, cihaz keçən ilin flaqman smartfonları ilə başa-baş mübarizə apara bilir. Qısası, iPhone 6S CPO bugünki standartlar üçün yetəri qədər güclü cihazdır.
Kameralar
iPhone 6-dan sonra Apple, cihazlarında kamera bacarıqlarını kifayət qədər inkişaf etdirmişdir. iPhone 8-in kamerası isə bu inkişafın nəticəsi olaraq indi bütün dünya üzrə ən yaxşılardan hesab olunur. iPhone 6S isə müqayisədə zəifdir.
İki modelin kamera xüsusiyyətlərinin müqayisəsi:
Amma, arxa kamera öz işini layiqincə yerinə yetirir və gözə xoş görünür. İşıqlandırmadan düzgün istifadə olunduğu halda, hətta DSLR keyfiyyətinə yaxın fotolar əldə etmək mümkündür.
Xatırladaq ki, Live Photos (Canlı fotolar) – iOS əməliyyat sistemində proqram funksiyalarından biridir (kamera əlavəsində), iPhone-da animasiyalı fotoların əldə etməyə imkan verir. Live Photos – iPhone 6s və iPhone 6s Plus modellərinin əsas xüsusiyyətlərindən biridir, 2015-ci ildə eksklüziv olaraq qeyd edilən modellərdə istifadəyə verilib.
Kamera (Canlı fotolar)
Müxtəlif şəraitdə çəkilən şəkillər:
Batareya ömrü.
iPhone 6s və iPhone 8 modellərinin batareya ömrünü müqayisə edək.
Apple qeyd edir ki, iPhone 6s batareya ömrü:
Danışıq rejimində: 14 saata qədər.
İnternetdən istifadə zamanı: 10 saata qədər.
Videodan istifadə zamanı: 11saata qədər.
Audiodan istifadə zamanı: 50 saata qədər.
iPhone 8 batareya ömrü:
Danışıq rejimində: 14 saata qədər.
İnternetdən istifadə zamanı: 12 saata qədər.
Videodan istifadə zamanı: 13 saata qədər.
Audiodan istifadə zamanı: 40 saata qədər.
Müqayisə göstərir ki, iPhone 8 bir az öndədir. Reallığda isə, hər iki cihaz demək olar ki eyni çalışır – bir sutka (istifadədən aslıdır).
Nəticə.
Əlbəttə, iPhone 8 (2017) bütün testlərdə 6S-i (2015) qabaqlayır. Amma iPhone 6S CPO heç də zəif rəqib deyil və əsas iPhone 8-dən iki dəfə ucuzdur. AppStore-dakı ən ağır oyunları rahat oynada bilir və batareyası da ən yeni iPhone 8-lə müqayisədə təxminən 1 saat geri qalır.
iPhone 6s CPO iOS əməliyyat sistemi ilə tanış olmaq istəyən və bununla yanaşı artıq ödəniş etmək istəməyənlər üçün tövsiyə etmək olar.
iPhone 6s CPO Azərbaycanda iki dəfə iPhone 8 ucuzdur.
iPhone 6s CPO rəsmi olaraq Alma Store (Azərbaycan Respublikasında Apple Premium Reseller statuslu yeganə salondur) mağazalarından əldə edə bilərsiniz.
Hazırda satışda iPhone 6s iki versiyası satışdadır: iPhone 6s CPO və iPhone 6s:
iPhone 6s CPO 16 GB (Space Gray) – 799 AZN
iPhone 6s CPO 32 GB (Space Gray) – 849 AZN
iPhone 6s CPO 64 GB (Space Gray) – 899 AZN
iPhone 6s 32 GB (Space Gray) – 1059 AZN
iPhone 6s 128 GB (Space Gray) – 1559 AZN
Qiymətdə böyük fərqi nəzərə alaraq, iPhone 6s CPO çox maraqlı görünür. Apple aləminə və iOS ekosisteminə dalmağın, çoxdan ucuz qiymətə ağıllı smartfon əldə etmək istəyənlərin əsl zamanıdır. Qeyd edək ki, məhsulu kreditlədə əldə etmək mümkündür.
Reklam hüququnda