SOCAR Türkiyədəki neft emalı zavodunu istismara buraxır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR Türkiyədəki neft emalı zavodunu istismara buraxır - FOTO

21:57 - 30 / 03 / 2018
SOCAR Türkiyədəki neft emalı zavodunu istismara buraxır - FOTO

SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində martın 30-da şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə “Petkim” neft-kimya kompleksinə, eləcə də cari ilin sentyabrında istismara veriləcək STAR neft emalı zavoduna baş çəkib.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, SOCAR-ın Əliağadakı bütün törəmə şirkətlərinin ümumi idarəetmə binasına gələn şirkət rəhbərliyi binaya baxışdan sonra burada Türkiyədəki aktivlərinin cari vəziyyəti və gələcək planları ilə bağlı müşavirə keçirib.

Qeyd olunub ki, ötən il “Petkim” üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində 48 milyon dollar vəsaitə qənaət edilib. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonuna kimi “Petkim” şirkətinin xalis mənfəəti 9,2 dəfə, bu şirkətin səhmlərinin dəyəri isə 8,7 dəfə artıb.

Müşavirədə SOCAR rəhbərliyinə məruzə olunub ki, dəyər zənciri üzrə “Petkim”lə sinerji təşkil edəcək STAR NEZ-də artıq tikinti işlərinin 99 fazi yekunlaşdırılıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. STAR zavodunda illik 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton nafta və həmçinin, mayeləşdirilmiş təbii qaz, qarışıq ksilen, HRON, neft koksu və kükürd kimi əsas məhsullar istehsal olunacaq. Zavodun məhsullarının böyük qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki,  “STAR zavodu SOCAR-ın tərkibində neft-kimya kompleksi olan “Petkim”lə sinerji təşkil edəcək, “Petkim”i onun əsas xammalı olan nafta ilə təmin edəcəkdir: “STAR zavodunun yanacaq məhsulları isə nəhəng potensiala malik olan Türkiyə bazarında reallaşdırılacaq. Beləliklə, Azərbaycana əlavə gəlir qazandırmaqla yanaşı, STAR NEZ-in fəaliyyəti həm də qardaş ölkədə yeni iş yerləri yaradacaq, idxalatın bir qisminin daxili istehsalatla əvəzləyəcək.”

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51 faizlik nəzarət paketinə sahib olmuşdur. “Petkim”-in dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə inşa edilən STAR neft emalı zavodu SOCAR-ın yeni strateji inkişaf kursunda mühüm yer tutan bir layihə olaraq şirkətin emal və kimya aktivlərinin şaxələndirilməsinə mühüm töhfə verəcək.  Cari ildə SOCAR kimya sənayesi sahəsində 3 zavodun istismara verilməsini planlaşdırır. Azərbaycanda istifadəyə veriləcək “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodları ölkəmizdə SOCAR-ın digər müəssisələri ilə interqrasiya ediləcək. Türkiyədə reallaşdırılan STAR layihəsi isə “Petkim” kompleksi ilə inteqrasiya ediləcək.

1news.az

Paylaş:
724

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər