Unibank təqaüdçülər üçün xüsusi aksiya keçirir
Unibank təqaüdçülər üçün “Yaşlı olmaq sərfəlidir” aksiyasına başlayıb.
Aksiya çərçivəsində bankdan kredit götürən təqaüdçülər, nağd istehlak kreditini komissiyasız əldə edəcəklər. İndi Unibank filiallarına müraciət edən təqaüdçülər, 20.000 manatadək krediti 48 ayadək müddətə, 0% komissiya ilə rəsmiləşdirə bilərlər. Üstəlik kredit təqaüdçülərə sərfəli faiz dərəcəsi ilə təklif olunur. Aksiya aprelin 14-dək davam edəcək.
Unibank-dan krediti götürmək müştərilərə xüsusi üstünlüklər verir:
- rəsmi gəliri olan hər kəsə 20 000 AZN-dək məbləğ;
- sığorta haqqı yoxdur;
- zamin tələb olunmur;
- maksimal müddət 48 ayadək artırıldı;
- minimal aylıq ödəniş cəmi 19 AZN-dən başlayır;
- kredit proseduru çox sadədir.
Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan, www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibank-ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial (beş mərtəbə); 13 saylı filial (“İnşaatçılar”); 9 saylı filial (ASAN 1 Kommunal); “Gənclik” filialı; “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan” və “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Unibank – hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Reklam hüququnda