Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

19:08 - 06 / 04 / 2018
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

1news.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb. Misirli futbolçu səslərin 53 faizini toplayıb.

“Real”ın hücumçusu Kriştiano Ronaldo 35 faiz səslə 2-ci, “Bavariya”nın yarımmüdafiəçisi Xames Rodriges isə 5 faiz səslə 3-cü olub.

Qeyd edək ki, Salah 1/4 finalda “Mançester Siti” ilə keçirilən oyunda  (3:0) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

1news.az

Paylaş:
919

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər