Azərbaycan yığması Çində qələbə qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan yığması Çində qələbə qazanıb

18:25 - 08 / 04 / 2018
Azərbaycan yığması Çində qələbə qazanıb

Çimərlik futbolu üzrə Çinin Hankou şəhərində keçirilən beynəlxalq turnurdə Azərbaycan yığması da iştirak edib.

1news.az-ın verdiyi xəbərə görə, yığmamız üç qələbə qazanaraq qalib olub.

Azərbaycan Macarıstan (7:3), Çin (7:2) və Çexiyanı (8:3) hesabı ilə udaraq birinci yerə sahib olub.

Azərbaycan yığmasına Zeynal Zeynalov rəhbərlik edib. Yığmanın tərkibində: Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev və Əbdül Əliyev iştirak ediblər.

S.Xankişiyeva

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər