Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür
Aprelin 11-də prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.
Məlumata görə, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.
12 aprel tarixindən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.
1news.az
580