“Azeri Light” neftinin bir barreli 70 dolları keçdi
Dünya birjalarında neftin qiyməti yenidən artmağa başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar bahalaşaraq 69,06 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar artaraq 63,84 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar bahalaşaraq 70,34 dollar olub.
1news.az
488