Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımı açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımı açıqlayıb

14:11 - 12 / 04 / 2018
Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımı açıqlayıb

Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook 2018” hesabatında Azərbaycanın 2018-19-cu illər üzrə iqtisadi inkişafı ilə bağlı müsbət proqnoz verib.

Cədvələ əsasən, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 1,7 % təşkil edəcək. 2017-ci ilin sentyabrında bank bu rəqəmin 1% olacağını proqnozlaşdırmışdı.

AİB-in hesabatına əsasən, 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2% təşkil edəcək.

Ölkə iqtisadiyyatı sənayesi sahəsinin genişləndirilməsi hesabına inkişaf edəcək:

“Azərbaycanda valyuta məzənnəsinin stabilliyi və iqtisadi fəallığın yaxşılaşması hesabına xüsusi istehlakın da artacağı gözlənilir. Bununla yanaşı, yüksək həcmdə dövlət investisiyaları qeyri-neft sahəsinin inkişafına səbəb olacaq”.

“Şahdəniz-2” layihəsinin 2019-cu ildə buraxılması bu sahənin 3% inkişafına səbəb olacaq.

AİB-in hesabatına əsasən, 2018-2019-cu illərdə xidmət sahəsi pərakəndə satış, nəqliyyat və turizm hesabına 2% artacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər