Araz Abdullayev oynadı, komandası kubokda mübarizəni dayandırdı | 1news.az | Xəbərlər
Futbol

Araz Abdullayev oynadı, komandası kubokda mübarizəni dayandırdı

00:47 - 12 / 04 / 2018
Araz Abdullayev oynadı, komandası kubokda mübarizəni dayandırdı

Kipr kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” növbəti matçına çıxıb.

Famaqusto təmsilçisi səfərdə “Apollon”un qonağı olub. İlk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) “Anortosis” bu dəfə rəqibinə 1:2 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.

Start heyətdə meydana çıxan Araz matçın 85-ci dəqiqəsində əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

1news.az

Paylaş:
589

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər