Futbol matçında QƏRİBƏ HADİSƏ: ayı meydana girdi və... - VİDEO
Futbol üzrə Rusiya çempionatının II Divizionunun cənub zonasında keçirilmiş “Maşuk-KMV” – “Anquşt” matçında qəribə anlar qeydə alınıb.
1news.az xəbər verir ki, oyunun açılışını “Tima” ləqəbli ayı edib.
Belə ki, görüşdən əvvəl təlim keçmiş ayı meydanın kənarında arxa pəncələri üstə oturaraq, bir neçə dəfə əl çalıb. Matçın açılışı zamanı isə ayı topu baş hakimə verib.
Qeyd edək ki, görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
1news.az
494