Azərbaycan kuboku: “Keşlə” və “Qəbələ” finalda | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kuboku: “Keşlə” və “Qəbələ” finalda

22:28 - 18 / 04 / 2018
Azərbaycan kuboku: “Keşlə” və “Qəbələ” finalda

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, finalçıların adı müəyyənləşib.

“Sumqayıt” evdə “Keşlə”ni qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. İlk matçda 1:0 hesabı ilə qalib gələn “Keşlə” adını finala yazdırıb.

Digər görüşdə isə “Neftçi” “Qəbələ”ni sınağa çəkib. İlk matçdan səfərdən qələbə ilə qayıdan “ağ-qaralar” sərfəli hesabı qorumağa çalışsalar da, alınmayıb. Roman Qriqorçukun komandası 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Qəbələ” və “Keşlə” arasında keçiriləcək final görüşü mayın 28-də Qəbələdə keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel

20:00. “Neftçi” – “Qəbələ” - 1:3 
Qollar: 
Soni Mustivar, 10, Baqali Dabo, 20 (1:1), 30 (1:2), Cavid Hüseynov, 61-pen. (1:3)

17:00. “Sumqayıt” – “Keşlə” - 1:1 
Qollar:
 Meza Kolli, 62 (0:1), Cavid İmamverdiyev, 64 (1:1)

1news.az

Paylaş:
1324

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər