Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

10:21 - 19 / 04 / 2018
Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar artaraq 73,91 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 68,80 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,55 dollar bahalaşaraq 74,61 dollar olub.

1news.az

Paylaş:
553

Son xəbərlər

BİRMARKET-də ŞOOOK Cümə!

18 / 11 / 2025, 12:30
Bütün xəbərlər