“Shamkir Chess 2018”də ikinci tura yekun vurulub
Aprelin 20-də Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2018” super turnirinin ikinci turuna yekun vurulub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, turda ilk gedişi Maqnus Karlsen ilə David Navaranın partiyasında Vüqar Həşimovun bacısı oğlu Xanlar Allahverdiyev edib.
Turun bütün partiyalarında heç-heçə qeydə alınıb. Belə ki, Teymur Rəcəbov Rauf Məmmədov ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov polşalı Radoslav Voytaşek ilə görüşdə sülh bağlayıb. Norveç şahmatçısı Maqnus Karlsen isə çexiyalı David Navara ilə görüşdə yarım xalla kifayətlənib. Rusiyalı Sergey Karyakin Çin idmançısı Dinq Liren, Bolqarıstan şahmatçısı Veselin Topalov isə hollandiyalı Aniş Giri ilə xalları yarı bölüblər.
Hazırda bütün şahmatçıların hesabında 1 xal var.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət keçirilir.
1news.az