Azərbaycan Kuboku: finalın məkanı və başlama saatı açıqlandı
Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb.
1news.az-ın məlumatına görə, “Qəbələ” və “Keşlə” klubları arasında görüşün nominal meydan sahibi Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada müəyyənləşib.
Tədbirdə “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib. Püşkatmanın nəticəsinə əsasən “Keşlə” finalın nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.
1news.az
805