“Brent”in qiyməti 41 aydan sonra ilk dəfə 75 dollar/barreli keçib
“Brent” markalı neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 75 dolları keçib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Brent”in qiyməti 2014-cü il noyabrın 27-dən bu vaxtadək ilk dəfə 75 dollar/barreli ötüb. “Light” markalı xam neftin bir barrelinin qiyməti isə 69 dolları keçib.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 75,09 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 69,19 dollara alıcı axtarır.
1news.az
459