AVRO-2024-ü keçirməyə ilk namizəd bəlli olub | 1news.az | Xəbərlər
Futbol

AVRO-2024-ü keçirməyə ilk namizəd bəlli olub

20:00 - 24 / 04 / 2018
AVRO-2024-ü keçirməyə ilk namizəd bəlli olub

Almaniya Futbol İttifaqı 2024-cü il Avropa çempionatını keçirmək üçün ərizəsini UEFA-ya təqdim edib.

1news.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrundel bütün lazımi olan sənədləri UEFA-nın baş katibi Teodor Teodoridisə təqdim edib.

Qeyd edək ki, Avropa çempionatına Türkiyə də namizəddir. Türkiyə Futbol Federasiyasının nümayəndə heyəti UEFA-ya müvafiq sənədləri bu həftə rəsmən təqdim edəcək. 

1news.az

Paylaş:
606

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər