İlk yarımfinal oyununda qol yağışı: “Liverpul” – “Roma” görüşündə 7 qol – VİDEO | 1news.az | Xəbərlər
Futbol

İlk yarımfinal oyununda qol yağışı: “Liverpul” – “Roma” görüşündə 7 qol – VİDEO

10:28 - 25 / 04 / 2018
İlk yarımfinal oyununda qol yağışı: “Liverpul” – “Roma” görüşündə 7 qol – VİDEO

Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, dünən axşam keçirilən ilk qarşılaşmada “Liverpul” “Roma”nı qəbul edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə azarkeşlər 7 qola şahidlik ediblər. Meydan sahibləri daha üstün oyun nümayiş etdirərək rəqibə 5:2 hesabı ilə qalib gəliblər.

“Qırmızılar”ın qol “silahı” Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. “Liverpul”dan Firimino da 2 dəfə fərqlənib. “Roma”nın qollarına isə Ceko və Perotti imza atıblar.

Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

24 aprel

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) - 5:2

Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu

1news.az

Paylaş:
1138

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər