“Dams” komandasının pilotu Bakıda Formula 2 üzrə birinci yarışın qalibi olub | 1news.az | Xəbərlər
FORMULA 1

“Dams” komandasının pilotu Bakıda Formula 2 üzrə birinci yarışın qalibi olub

14:34 - 28 / 04 / 2018
“Dams” komandasının pilotu Bakıda Formula 2 üzrə birinci yarışın qalibi olub

“Dams” komandasının pilotu Aleksander Albon Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 29 dövrənin yekununda A.Albon 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar.

Formula 2 üzrə 21 dövrədən ibarət ikinci yarış aprelin 29-da keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
5827

Son xəbərlər

Bütün xəbərlər