Bakıda Formula 2-də ikinci yarışın qalibləri məlum oldu | 1news.az | Xəbərlər
İdman

Bakıda Formula 2-də ikinci yarışın qalibləri məlum oldu

15:19 - 29 / 04 / 2018
Bakıda Formula 2-də ikinci yarışın qalibləri məlum oldu

Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci əsas yarış keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

Yürüşün qalibi “ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.

S.Xankişiyeva

 

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər