Baş məşqçi və futbolçular hakimi döydü – VİDEO
Futbol üzrə Efiopiya çempionatının XXII turu çərçivəsində keçirilmiş “Defans Fors” – “Velvalo Adriqat” görüşünün referisi qonaq komandanın baş məşqçisi və futbolçuları tərəfindən döyülüb.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, insident oyunun 22-ci dəqiqəsində meydan sahibləri hesabı 1:1 etdikdən sonra baş verib. Topun qapı xəttini keçmədiyini düşünən qonaqlar baş hakimin üzərinə şığıyaraq, onu qovmağa başlayıblar.
Referi künc bayrağını götürərək, müqavimət göstərməyə çalışsa da, faydası olmayıb. Meydan sahiblərinin onu müdafiə etmək istəyi isə kütləvi dava ilə nəticələnib və matç yarımçıq dayandırıb.
Qeyd edək ki, insidentdən sonra “Velvalo Adriqat”ın baş məşqçisi istefaya göndərilib.
1news.az
693