Bu gün Masallı və Cəlilabadın qaz təchizatında məhdudiyyət olacaq
SOCAR-ın “Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, diametri 1220 mm-lik “Astara-Qazıməmməd” maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, mayın 3-də aat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq.
Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.
“Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, - deyə məlumatda qeyd olunub.
1news.az