Hakimi ölümlə hədələyən Ardaya rekord cəza - VİDEO
Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən “Başakşəhər”in futbolçusu Arda Turan ağır cəzaya məruz qalıb.
1news.az-ın xəbərinə görə, Türkiyə Futbol Federasiyası müqavilə ilə “Barselona”ya məxsus olan yarımmüdafiəçini 16 oyunluq cəzalanıdırıb.
İntizam Komitəsi 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza verib. Arda həmçinin 39 min lirə cərimələnib.
Qeyd edək ki, Arda Turan bu ilin yanvarından icarə əsasında “Başakşəhər”də çıxış edir.
1news.az
470