Bakıda Realmadrid Sosial Futbol Məktəbinin açılış mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
İdman

Bakıda Realmadrid Sosial Futbol Məktəbinin açılış mərasimi keçirilib – FOTO

17:44 - 17 / 05 / 2018
Bakıda Realmadrid Sosial Futbol Məktəbinin açılış mərasimi keçirilib – FOTO

Bakıda Realmadrid Fondunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, mərasim Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində baş tutub. Tədbirdə Realmadrdid Fondunun nümayəndələri – “Real Madrid” Futbol klubunun elçisi Rikardo Qalleqo və Realmadrid Fondunun Avropa regionu üzrə baş meneceri xanım Elena Fernandez iştirak edib.

Mərasimdə iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov ölkəmizdə futbolun inkişafının daim dəstəkləndiyini bildirib. O, qeyd edib ki, belə bir məktəbin açılışı Azərbaycan uşaq futbolunun inkişafı üçün çox önəmlidir:

“Real Madrid Futbol klubu dünyada öz uğurları və təcrübəsi ilə seçilir. Belə bir klubun məktəbində futbol dərsləri almaq hər bir uşağın inkişafı və gələcək karyerası üçün uğurlu addımdır”. 

Futbol klubunun elçisi Rikardo açılış mərasimindəki çıxışında 5 illik əməkdaşlıqdan məmnunluq duyduğunu deyib:

“Gənclər və İdman Nazirliyi, “İnkişaf naminə idman” İB və  Realmadrid Fondu bir komandadır. Bu sosial komanda Azərbaycanda uşaqların gələcəyini formalaşdırmaq üçün çalışır. Biz öz çempionluğumuzu, birlikdə dünyanı daha yaxşı yerə çevirəcək, hörmət, motivasiya, çalışqanlıq, bərabərlik, sağlamlıq, əməkdaşlıq, məsuliyyət və həmrəyliyə əsaslanan çempionluğumuzu qazanmalıyıq”.

Realmadrid Fondunun sosial futbol məktəbi  layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılır. Əsas icraedici tərəfdaş isə İnkişaf Naminə İdman İctimai Birliyidir. Realmadrid Fondunun sosial futbol məktəbinin əsas məqsədi ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdir. 

Sosial Futbol Məktəbində 4 yaş qrupu üzrə - (7/8, 9/10, 11/12 və 13/14) komandalarda təxminən 80 uşaq məşqlərə cəlb olunur. Məşqlər həftədə iki dəfə - 4 və 6-cı günlər, 267 saylı məktəbin və "Pioner" Futbol Məktəbinin meydançalarında keçirilir. Məşqlər ödənişsizdir.

S.Xankişiyeva

Paylaş:
674

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər