Bu ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə gedib
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, missiya çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan istehsalı olan məhsullara dair təqdimatların keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Həştərxana təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda kənd təsərrüfatı, emal, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30 yerli şirkətin nümayəndəsi daxildir.
1news.az
330