“Mançester Yunayted”in izi ilə - zirvəyə addım-addım... – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Mançester Yunayted”in izi ilə - zirvəyə addım-addım... – FOTO

17:30 - 01 / 06 / 2018
“Mançester Yunayted”in izi ilə - zirvəyə addım-addım... – FOTO

2014-cü ildə təsis edilən “Mançester Yunayted Futbol Məktəbi” uşaq futboluna yeni nəfəs gətirmək vəzifəsinin öhdəsindn gəldi desək, yanılmarıq.

Doğrudur, aşağı yaş qrupu üzrə komandaların nəticə qazanmasından daha çox uşaqların düzgün istiqamətləndirilməsi, öyrədilməsi vacibdi. Ancaq meydanda izlədiyin komandanın üzvləri digər həmyaşıdlarından yaxşı mənada aşkar şəkildə fərqlənirsə, niyə də onların keçdiyi yola nəzər salmayaq?!

İlk addımlar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Bakcell şirkəti və İngiltərənin “Mançester Yunayted” Futbol Klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda 2014-cü il sentyabrın 23-də “Mançester Yunayted Futbol Məktəbi”nin açılış mərasimi keçirildi. Bayıl stadionunda təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer, “Mançester Yunayted” klubunun Marketinq direktoru Conatan Riqbi və klubun sabiq futbolçusu Mi­kael Silvestre iştirak etdi. Mətbuat konfransında adıçəkilən şəxslər məktəbin fəaliyyət məqsədi və gələcək planları barədə ətraflı məlumat verdilər.

Məktəbə seçimələrdə uşaqlar hər bir kateqoriya üzrə “Mançester Yunayted” klubundan ezam olunmuş məşqçilər tərəfindən seçilirdilər. İlk dəfə keçirilən seçim prosesində 201 uşaq iştirak etdi və 3 qrup (iki qrup – U-11 (2004/2005), bir qrup – U-9 (2006/2007) yaradıldı.

Məşqlərə və dərslərə oktyabrın 6-da start verildi. Təlim prosesinə məşqçi Mick Bennettlə yanaşı, iki yerli köməkçi məşqçi də cəlb edildi.

Məktəbdə uşaqlara “M.Y.” fəlsəfəsinə əsalanan məşqlər keçilməsi ilə yanaşı, paralel olaraq həftədə iki dəfə ingilis dili də tədris olunmağa başladı. Yeri gəlmişkən, seçim prosesini yaxından izləyən Mick Bennett ilkin təəssüratlarını belə ifadə etmişdi: “Azərbaycanda böyük potensiala malik uşaqlar var. Futbolçuları lap uşaq yaşlarından düzgün istiqamətdə yetişdirmək, müasir standartlara uyğun məşqlər keçmək lazımdır”.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə 3 qrup yaradıldısa, 2017-ci ildən etibarən məktəbdə 2 dəfə çox - 6 qrup fəaliyyət göstərir: 2 İnkişaf qrupu ( Player Development Squad) U-12 (2006/2007) və U-14 (2004/2005), 4 İlkin hazırlıq qrupu (Player Foundation Squad) 2010/2011;2008/2009;2006/2007;2004/2005.

İnkişaf Modeli

Təbii ki, istənilən tədris-təlim qurumu işə başlayarkən inkişaf konsepsiyasını müəyyənləşdirir, öyrədəcəyi istiqamətləri dəqiqləşdirir. “M.Y. Futbol Məktəbi” inkişaf modelinə texniki, taktiki, fiziki, əqli (mental) və sosial istiqamətlər daxil etdi ki, bunlar uşaq futbolu üçün kifayət qədər vacib və ciddi nüanslardır. Məktəbin tədris proqramının əsas sütunları olan istiqamətlərə birlikdə nəzər yetirək:

TEXNİKİ - Xüsusi fəndlərin və dönmə hərəkətlərinin yerinə yetirilməsi qaydalarının öyrənilməsi, təkbətək vəziyyətlərdə üstünlük qazanmaqda və top ayağınızda olduğu vaxt onunla əminliklə davranmaqda sizə yardımcı olacaq. Uzun və qısa ötürmələrin edilməsi, topun qəbul edilməsi və ona nəzarət edilməsi, son zərbənin vurulması texnikasını məşq etdirməklə topla daha əmin davranmaq bacarığınızı təkmilləşdirəcəksiniz.

TAKTİKİ - Əvvəl kicik, daha sonra isə tam ölçülü sahədə keçirilən oyunlarda bu fəndlərdən “niyə”, “nə vaxt” və “harada” istifadə edə biləcəyiniz haqqında düşünün. Daha sonra komandanızın oyun sürətini və istiqamətini dəyişməyi öyrənə bilərsiniz.

FİZİKİ - Bədəninizi xüsusi olaraq oyunun tələblərinə görə məşq etdirməyi öyrənin. Siz həmçinin meydandan kənarda enerji toplamağın və bədəninizi oyun üçün hazırlamağın yollarını öyrənəcəksiniz ki, bu da sizə meydanda özünüzü ən yaxşı şəkildə gostərmək imkanı verəcək!

ƏQLİ (MENTAL) - Qalib ruhunun formalaşdırılması üçün güclü xarakter və pozitiv yanaşma tələb olunur. Heç vaxt təslim olmayaraq, var gücü ilə çalışmaq, birgə çalışmaq və daim özünə inam - hər bir uğurlu “Mancester Yunayted” komandasına xas olan xüsusiyyətlərdir ki, kurslarımız zamanı bu xüsusiyyətlər aşılanır. “Qalibiyyət” anlayışını yenidən təlqin etməklə oyunçulara fərdi nailiyyətlər qazanmağın da yollarını göstərəcəyik.

SOSİAL - Bizim inkişaf proqramımız komandada çalışmaq, ünsiyyət qurmaq və yeni dostlar tapmaq bacarıqlarınızı inkişaf etdirməyiniz üçün əla fürsətdir. Bizim davranış kodeksimiz həm bir gənc, həm də bir oyunçu kimi yetişməyinizdə sizə yardımçı olacaq.

“SÜRƏT TESTİ”

“Mançester Yunayted Futbol Məktəbi”ndə ildə 2 dəfə sürət testi keçirilir. Test “Micro Gate” avadanlığın koməkliyi ilə aparılır.

Oyunçunun göstəricilərinin icmalı

Hər 3 aydan bir futbolçu və onun valideyni ilə baş məşqçi arasında görüş keçirilir və oyunçunun mövsüm boyu göstərdiyi performans müzakirə olunur. Bu, onların inkişaf planının ən vacib hissəsidir. İcmal zamanı futbolçulara məşq və oyun barədə, nəyi daha yaxşı bacardığı və nəyi inkişaf etdirməli olduğu barədə müsbət rəylər və tövsiyələr verilir. Bu görüşlər oyunçuya danışmaq və sual vermək imkanı yaradır.

Nicat Quliyev “WORLD SKILLS FINAL”da

Məkbətə marağı artıran məqamlardan biri də İngiltərədəki Akademiya ilə işbirliyi şəraitində fəaliyyət göstərməsidir. Bunun nəticəsi olaraq məktəbin bir neçə üzvü artıq Mançester şəhərindəki Akademiyada olub, məşq prosesini izləyib, təşkil edilən müsabiqələrdə iştirak edib. Məsələn, “Old Trafford” stadionunda 2015-ci ildə kecirilən “World Skills Final” oyunlarında Azərbaycanı bir neçə gün əvvəl U-14 liqasının ən yaxşı oyunçusu seçilmiş Nicat Quliyev təmsil edib. O, “Mançester Yunayted Futbol Məktəbi”ndə təlim keçən 43 oyunçudan 42 nəfərin qatıldığı seçmə oyunların qalibi olmaqla bu hüququ qazanıb.

Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından oyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını numayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki, yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən tutmuş ötürmə dəqiqliyinə kimi ölcülmüş oyunculara xallar verilib.

2015-ci ildə ən cox xal toplayan 11 yaşlı Nicat Quliyev Büyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışında Azərbaycandakı “Mançester Yunayted Futbol Məktəbi”ni təmsil edib.

Ulduzlarla görüş

Vacib məqamlardan biri də “Mançester Yunayted”in əfsanəvi futbolçularının bir neçəsinin Bakıya səfər etməsi, uşaqlarla görüşməsi, təcrübəsini bölüşməsidir. 2016-cı ildə “M.Y.”nin məşhur futbolçularından biri olmuş Louis Sahanın Bakıdakı «Mançester Yunayted Futbol Məktəbi»nə baş çəkməsi, valideyn və uşaqlarla görüşü, gənc futbolçulara məşq keçərək öz təcrübəsini bölüşməsi xüsusi qeyd olunası məqamlardandır.

İlk ciddi sınaq

Uşaqların inkişafı gündəlik məşqlərlə mümkün deyil, oyunların keçirilməsi mütləq qaydada vacibdir. Doğrudur, həftədə bir dəfə yoxlama oyunları keçirilirdi. Ancaq 2016-cı ildə baş məşqçi Mick Bennett iki il ərzində məşq keçdiyi yetirmələrinin AFFA-nın təşkil etdiyi “Coca-Cola U-13 Liqası”nda iştirakının vacibliyini qeyd edib. İngilis mütəxəssis ilk mövsümlə bağlı fikrini belə əsaslandırıb: “U-13 qrupunun “Coca-Cola U-13 Liqası”na qoşulmasının bir çox səbəbləri var: bu, onların davamlı inkişafının ən vacib hissəsidir. Liqa oyunçuların məşqdə və yoldaşlıq oyunlarında əldə edə bilməyəcəkləri çətinliklər və təzyiqlərlə qarşılaşmalarına səbəb olur. Əvvəlcə onlar müntəzəm olaraq müxtəlif rəqib komandalara, oyunçulara və sistemlərə qarşı oynamalıdırlar.

Oyunçular həm fərd olaraq, həm də komanda şəklində bu sahədə çətinliklərlə üzləşməlidirlər. Liqada oynamaq yoldaşlıq oyunlarından daha rəqabətlidir. Futbolçular fikirlərini öz oyunlarına daha çox cəmləməli, rəqibə qarşı mübarizəyə fiziki və əqli cəhətdən hazır olmalıdırlar. Beləliklə, çox çalışmaq, komanda işi, nizam-intizam, motivasiya, özünəəminlik, hörmət, bacarıq və bütün sadalanan keyfiyyətlər “Mançester Yunayted” tərzi ilə oynamağın əsas sahələridir.

Oyunçular gərək özlərində “qalib gəlmə mentaliteti”ni inkişaf etdirsinlər. Onlar başa düşməlidirlər ki, qalibiyyət çox çalışmaq, komanda ilə birgə çalışmaq və özünəinamın nəticəsidir. Onlar qalibiyyət kimi, uğursuzluqların da öhdəsindən gəlməyi öyrənməli, hər ikisi arasındakı fərqi başa düşməli, fərd kimi və komanda kimi necə uğur qazandıqlarını anlamalıdırlar. Uşaqlar təzyiq altında olduqları vəziyyətləri daha çox təcrübədən keçirməli, heç nədən çəkinmədən oynamalı, səhv etməkdən qorxmamalı, özlərini meydançada və hətta liqanın rəqabətli mühitində göstərməyə hazır olmalıdırlar. Nəticələr futbolçuların yaşı artdıqca daha önəmli olacaq”.

Onu da qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən hər mövsümün sonunda maraqlı oyun təşkil edilir. Ənənəvi olaraq məktəbin futbolçuları ilə valideynləri arasında yoldaşlıq oyunu keçirilir.

“Mançester Yunayted”in əfsanəvi futbolçuları ilə yanaşı, hazırda fəaliyyət göstərən mütəxəssislər də mütəmadi olaraq məktəbə dəvət edilir. “Mançester Yunayted” Futbol Klubunun Məşqçilik Akademiyasının rəhbəri Tony Whelan məktəbdə olub, ingilis dili dərslərində iştirak edib və məşqləri izləyib, “Mançester Yunayted” klubunun akademiyası barədə danışıb, klubun strukturu və gənc futbolçuların yetişdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verib.

11x11-lə gələn “qızıl”

2017-ci il “Mançester Yunayted Futbol Məktəbi” üçün istər meydanda, istərsə də meydandan kənarda növbəti uğurlu il oldu. 13 yaşlılardan ibarət inkişaf qrupu ilk dəfə milli liqada yarışaraq əla mövsüm keçirdi, eyni zamanda, ilkin hazırlıq qrupunun sayı artdı. Bu mövsüm U-14 yaş qrupu son 3 il ərzindəki inkişaflarına davam edərək, çempionatda 11x11 oynamağa başladı. Proqram futbolçuların ink­işafının beş vacib tərəfini izləməyə davam edir, əsas diqqət texnikaya yönəlir, lakin eyni zamanda fiziki hazırlıq təkmilləşdirilir və taktika da öyrədilir. Meydançadan kənarda isə oyunçulardan hörmət, nizam-intizam, özünü aparmaq və düzgün ünsiyyət qurmaq kimi bir çox həyati keyfiyyətlərin saxlanılması tələb olunur.

İlk gündən məktəbin düşərgəsində olan Nicat Quliyev, İlham Alıyev, Ruhid Mustafayev, Fərhad Fərhadlı, Raul Məmmədov, Xəyal Əliyev, Kamil Mahmudov, Hacıəli Şirəliyev, Ayxan Süleymanlı, Ərtoğrul Quliyev, Əli Əlizadə, Əli Abbasov, Nicad İsmayılov, Hüseyn Babayev, Mircamal Əlizadə və Nihad Şirinov 4 ildə öyrəndiklərinin nə dərəcədə faydalı olduğunu U-14 Liqasının qalibi olmaqla nümayiş etdirdilər. 

Son söz əvəzi

“Mançester Yunayted Futbol Məktəbi”nin ötən müddət ərzində keçdiyi yolu təsəvvürünüzdə canlandırmağa çalışdıq. AFFA, Bakcell və “Mançester Yunayted” klubunun əməkdaşlığının məhsulu olan bu layihənin davam edib-etməyəcəyi bəlli deyil. Səbəb tərəflər arasında mövcud  müqavilənin müddətinin bu il başa çatmasıdır. Ümid edirik ki, ölkə futboluna artıq kiçik yaşlarından diqqət mərkəzinə düşməyi bacaran adlar bəxş etməyi bacarmış bu layihə hələ uzun müddət davam edəcək.

1news.az

Paylaş:
1205

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər