Nazir: “Vergi sahəsində islahatlar aparılacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: “Vergi sahəsində islahatlar aparılacaq”

12:41 - 05 / 06 / 2018
Nazir: “Vergi sahəsində islahatlar aparılacaq”

Azərbaycanda vergi sahəsində islahatlar aparılacaq.

1news.az-ın məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, bu islahatları biznes subyektlərinin inkişafına yönəltməyə çalışacağıq. Sahibkarlıq fəaliyyətinin şaxələndirilməsi yönündə işlər görüləcək.

“Bizim fəal vergi ödəyiciləri arasında ƏDV ödəyicisi kimi qeydiyyatda olanların sayı 3%-dir. Aylıq 200 min manatdan artıq dövriyyəsi olan sahibkar ƏDV ödəyicisi kimi qeydiyyatda olmalıdır”, - deyə M.Cabbarov bildirib.

M.Cabbarov ötən ilin 4 ayı ilə müqayisədə bu ilin 4 ayında vergi yoxlamalarının 40 faiz azaldığını da diqqətə çatdırıb.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər