Dünya çempionatı və seks: Almaniya və Braziliyadan fərqli qərar | 1news.az | Xəbərlər
Futbol

Dünya çempionatı və seks: Almaniya və Braziliyadan fərqli qərar

12:50 - 08 / 06 / 2018
Dünya çempionatı və seks: Almaniya və Braziliyadan fərqli qərar

Almaniya millisində Yoahim Löv dünya çempionatı ərəfəsində futbolçulara cinsi əlaqə ilə məşğul olmaq qadağası qoyub.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, braziliyalılar isə həmişəki kimi bu mövzuda almanlarla müqayisədə daha liberaldılar. Cənubi amerikalıların fikrincə, seksin idmandakı performansa müsbət təsiri var.

Həkimlərin tədqiqatlarının nəticəsində baş məşqçi Tite bu metoda üstünlük vermək qərarına gəlib. “Seks təbii bir şeydi. Onlar gəncdilər, sağlam insanlardılar. İstirahət günlərində dünya çempionatının üzərlərində yaratdığı təzyiqdən yaxa qurtarmaq, rahatlamaq üçün cinsi əlaqə ilə məşğul ola bilərlər. Bizim üçün bu, problem yaratmır” – deyə, həkimlərdən Rodriqo Lasmar bildirib.

Buna baxmayaraq, futbolçuların həyat yoldaşlarının və sevgililərinin ziyarətləri zamanı heyət üzvlərinin cinsi fəaliyyətlərinə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Qeyd edək ki, braziliyalı futbolçuların cinsi əlaqə ilə məşğul olması üçün xüsusi günlər və xüsusi məkanlar ayrılacaq.

Almanların, yoxsa braziliyalıların metodunun daha uğurlu olduğunu isə zaman göstərəcək.

1news.az

Paylaş:
3130

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər