Nigeriya ilə oyunda orta barmağını göstərən Maradonanın vəziyyəti pisləşib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Nigeriya ilə oyunda orta barmağını göstərən Maradonanın vəziyyəti pisləşib – FOTO – VİDEO

11:43 - 27 / 06 / 2018
Nigeriya ilə oyunda orta barmağını göstərən Maradonanın vəziyyəti pisləşib – FOTO – VİDEO

Argentina – Nigeriya oyunu (2:1) zamanı əfsanəvi futbolçu Dieqo Maradona diqqət mərkəzində olub.

1news.az-ın məlumatına görə, matçdan əvvəl nigeriyalı qadınla rəqs edən Maradona çılğın hərəkətlərinə davam edib.

Messinin qoluna hədsiz dərəcədə sevinən Maradonanı tribunadan yıxılmaması üçün bir neçə nəfər saxlamalı olub.

Rohonun Arfentinaya qələbə qazandıran qolundan sonra isə dəliyə dönən Maradona orta barmağını göstərməklə qeyri-etik hərəkət edib.

Görüş başa çatandan sonra 57 yaşlı argentinalının səhhətində problem yaranıb. Dünya futbolunun əfsanəsi dostlarının köməkliyi ilə stadionu tərk edə bilib.

Xoşbəxtlikdən, Maradonanın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Təzyiq problemi ilə üzləşən Maradona, vəziyyəti düzəldikdən sonra şəxsi təyyarəsi ilə Moskvaya qayıdıb.

1news.az

Paylaş:
1207

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər