Final oyunu ilə bağlı BOS-da görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Futbol

Final oyunu ilə bağlı BOS-da görüş keçirilib – FOTO

16:15 - 03 / 07 / 2018
Final oyunu ilə bağlı BOS-da görüş keçirilib – FOTO

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədir.

1news.az-ın AFFA-ya istinadla verdiyi xəbərə görə, bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib, final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.

18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

S.Xankişiyeva

Paylaş:
601

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər