“Olimpiya”-“Qarabağ” matçının hakimləri bəlli olub | 1news.az | Xəbərlər
Futbol

“Olimpiya”-“Qarabağ” matçının hakimləri bəlli olub

17:42 - 04 / 07 / 2018
“Olimpiya”-“Qarabağ” matçının hakimləri bəlli olub

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) matçının hakimləri müəyyənləşib.

1news.az-ın məlumatına görə, qarşılaşmanı Belçikadan olan hakimlər idarə edəcəklər.

İyulun 11-də baş tutacaq “Olimpiya”-“Qarabağ” oyununa baş hakim Lourens Visser təyin olunub. Oyunun yan xətt hakimləri Karel de Roker və Co de Veyrdt olacaqlar. Matçın dördüncü hakimi funksiyasını Bram van Drieşe yerinə yetirəcək.

Lyublyanada baş tutacaq qarşılaşmanın hakim-inspektoru litvalı Paulius Maljinskas olacaq.

Qeyd edək ki, Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

1news.az

Paylaş:
760

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər