Kəmaləddin Heydərov Mingəçevirdə səfərdə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Mingəçevirdə səfərdə olub

17:30 - 04 / 07 / 2018
Kəmaləddin Heydərov Mingəçevirdə səfərdə olub

İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə  prezident İlham Əliyevin 3 iyul tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-də və 4-də Mingəçevir şəhərində səfərdə olub.

K.Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib.

Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

S.Xankişiyeva

 

Paylaş:
347

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52
Bütün xəbərlər