“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

09:44 - 12 / 07 / 2018
“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

1news.az-ın məlumatına görə, komandalarımızdan ilk olaraq “Qarabağ” mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununda səfərdə Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb.

Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Belə ki, Vild-Donald Geryenin yeganə qolu Ağdam təmsilçisinə qələbə qazandırıb. Bununla da Qurban Qurbanovun yetirmələri cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun

11 iyul

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: 
Vild-Donald Gerye, 79

Sarı vərəqələr: Marko Putinçanin, 24 - Qara Qarayev, 31; Vild-Donald Gerye, 73; Bədavi Hüseynov, 85

Qırmızı vərəqələr: Abass İssa, 85 - Qara Qarayev, 90+1

Baş hakim: Lourense Visser
Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt
Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika) 
Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, “Stojitse” stadionu.

1news.az

Paylaş:
1056

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər