Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı daha bir neçə şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı daha bir neçə şəxs saxlanılıb

16:17 - 15 / 07 / 2018
Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı daha bir neçə şəxs saxlanılıb

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

1news.az-nın hüquq mühafizə orqanlarından əldə edilən məlumata görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

1news.az

Fotoda: Tohid İbrahimbəyli

 

Paylaş:
589

Son xəbərlər

Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıbBu gün, 12:42Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilibBu gün, 12:41Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edibBu gün, 11:49Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27Bu gün cənub bölgəsinin bəzi rayon və kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqBu gün, 11:24Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünün vaxtı bəlli olduBu gün, 11:19“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48
Bütün xəbərlər