“Qarabağ” “Olimpiya” ilə sülh bağlayıb mərhələ adladı
Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
1news.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində 6 qarşılaşmanın baş tutduğu gündə mötəbər turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxıb.
Ağdam təmsilçisi səfərdə minimal hesabla məğlub etdiyi Sloveniyanın “Olimpiya” klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.
Qurban Qurbanovun yetirmələrinin rəqibindən daha üstün oyun sərgilədiyi qarşılaşmada qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə “Qarabağ”ı II təsnifat mərhələsinə daşıyıb.
Nəzərinizə çatdıraq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Malta “Valetta”sını yarışdan kənarlaşdıran Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri iyulun 24-25-də keçiriləcək ilk matça səfərdə çıxacaq. Bakıdakı cavab oyunu isə iyulun 31 və ya avqustun 1-də baş tutacaq.
Digər oyunlarda da mərhələ adlayan komandaların adına aydınlıq gəlib. Baş tutan matçlardan sonra “Qarabağ”, həmçinin “Astana”, “Şerif”, “Rusenborq”, “Seltik”, Slovakiya “Spartak”ı mərhələ keçib.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18 iyul
“Zrinski” (Bosniya və Herseqovina) - “Spartak” (Slovakiya) - 1:1
Qollar: Todoroviç, 56 - Qodal, 15
İlk oyun - 0:1
“Şerif” (Moldova) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0
Qollar: Badibanqa, 9, Santos, 40, 55
İlk oyun – 1:2
“Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0
İlk oyun - 1:0
“Rusenborq” (Norveç) - “Valyur” (İslandiya) - 3:1
Qollar: Bendtner, 55 (pen.), 90 (pen.), Trondsen, 72 - Siqurdson, 85 (pen.)
İlk oyun - 0:1
“Sutyeska” (Monteneqro) - “Astana” (Qazaxıstan) - 0:2
Qollar: Despotoviç, 38, Mujikov, 85
İlk oyun - 0:1
“Seltik” (Şotlandiya) - “Alaşkert” (Ermənistan) - 3:0
Qollar: Dembele, 8, 19 (pen.), Forrest, 35
İlk oyun – 3:0
1news.az