“Dostluq üçün futbol” layihəsi Şimali və Cənubi Koreyanı dostlaşdırıb
“Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramının altıncı mövsümünün gənc iştirakçıları artıq Vətənə qayıdıb.
Layihənin iştirakçıları – müxtəlif millətlərdən və fərqli fiziki imkanarlara sahib qız və oğlanlardır. Onlar 8-15 iyun tarixlərində Moskvada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində final mərhələni – Beynəlxalq Uşaq Düşərgəsində, “Dostluq üçün futbol” layihəsinin dünya üzrə ilk çempionatı, Beynəlxalq uşaq forumunda, FİFA Təşkilati Komitəsinin tədbirlərində iştirak ediblər.
Beynəlxalq KİV-in jurnalistləri qeyd edib ki, “Dostluq üçün futbol” layihəsinin yeni mövsümündə gənc futbolçular Cənubi Koreyadan olan yeniyetmələrlə birgə oynayıb.
Moskvada Beynəlxalq Uşaq Düşərgəsində iştirak edən Cənubi və Şimali Koreyadan olan yeniyetmələr elə ilk gündən bir-birləri ilə dostluq ediblər. Birgə yarışlar zamanı gənc futbolçular özlərini komandanın ən güclüləri kimi göstərib.
Cənubi Koreyadan olan gənc iştirakçı Çanvu Kim peşəkar futbolla 7 yaşından məşğul olur. O, “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramının altıncı mövsümündə iştirak etmək üçün futbol klublarının keçirdiyi müsabiqədən sonra Cənubi Koreyanın Milli Futbol Federasiyası tərəfindən seçilib.
Şimali Koreyadan olan gənc iştirakçı Taye Qvon Pi 8 yaşından futbol oynayır. Proqramda iştirak etmək üçün ciddi seçimlərdən keçib. Həmyaşıdları arasında topla davranış üzrə müsabiqəni keçərək qalib gəlib.
“Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramında iştirak dünyanın bir çox ölkələrindən yeni dostlar tapmağıma kömək oldu. Həmçinin proqram idman bilik və bacarıqlarımı artırmağa da imkan verdi. Futbol üzrə dünya çempionatının açılış mərasimini unutmayacağam. Çünki həmin mərasimdə öz ölkəmi təmsil etmişəm. Mənim arzum gerçəkləşdi!”, – bu sözləri gənc səfir bölüşüb (Şimali Koreyadan olan 12 yaşlı Qvon Pi).
“Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı “Qazprom” İSC-nin sponsorluğu ilə 2013-cü ildən həyata keçirilir. Layihə səkkiz əsas dəyəri – dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir.
Layihənin coğrafiyası gün-gündən genişlənir – 2013-cü ildə 8 ölkə iştirak etdiyi halda, 2018-ci ildə ölkələrin sayı 211-ə çatıb. Proqramda həmçinin gənc futboçular, həmçinin “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramını işıqlandıran gənc jurnalistlər də iştirak edib. Gənc jurnalistlər tədbiri xüsusi mətbuat mərkəzlərindən işıqlandırıblar.
Tərcümə: S.Xankişiyeva
“Dostluq üçün futbol” layihəsinin ən emosional məqamları – FOTO
MFL-in “Dostluq üçün futbol” proqramında iştirak edəcək səfirinin təqdimatı keçirildi – FOTO
Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO
“Dostluq üçün futbol” və MFL yeni imkanlara yol açır – FOTO – VİDEO