Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı görüş keçirilib – FOTO

17:00 - 26 / 07 / 2018
Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı görüş keçirilib – FOTO

İyulun 24-də “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsi çərçivəsində görülən işlərin nəticələrinə və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair görüş keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, beynəlxalq və yerli ekspertlər iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd layihənin hər bir komponenti üzrə görülmüş işlərin hesabatının və növbəti dövr üçün planlaşdırılmış fəaliyyətlərin müzakirə edilməsi olub.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev son illərdə ölkədə peşə təhsili sahəsində aparılan məqsədyönlü islahatlardan danışaraq bu istiqamətdə həyata keçirilən layihələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın Azərbaycanda peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərinuğurla icra olunacağına əminliyini ifadə edib.  

Daha sonra ekspertlər layihə tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş işlər və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair təqdimatla çıxış edib.

Tədbirdə Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems, NİRAS şirkətinin nümayəndəsi Björn Hansson və layihənin meneceri Eliza Domagalska çıxış edərək layihənin icra vəziyyətinə və planlaşdırılmış fəaliyyətlərə dair fikirlərini bildiriblər.  

1news.az

Paylaş:
671

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər