Rusiyada da “Qarabağ” futbol klubu yaradıldı | 1news.az | Xəbərlər
Futbol

Rusiyada da “Qarabağ” futbol klubu yaradıldı

16:53 - 01 / 08 / 2018
Rusiyada da “Qarabağ” futbol klubu yaradıldı

Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar.

1news.az-ın məlumatına görə, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.

“Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir.

Üçüncü tur sentyabr ayında keçiriləcək.

1news.az

Paylaş:
1717

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər