İntihara cəhd edən şəxs baş nazirlə görüşündən danışıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihara cəhd edən şəxs baş nazirlə görüşündən danışıb – VİDEO

10:37 - 01 / 08 / 2018
İntihara cəhd edən şəxs baş nazirlə görüşündən danışıb – VİDEO

İyulun 30-da intihara cəhdin baş nazir Novruz Məmmədov tərəfindən qarşısı alınmış 49 yaşlı Yaşar Əhmədov nə üçün belə bir addım atdığını və baş nazirin onu necə fikrindən daşındırdığının təfərrüatlarını bölüşüb.

1news.az-ın İctimai televiziyaya istinadla verdiyi xəbərə görə, hadisənin təfərrüatları bu cür olub:

Baş nazir Novruz Məmmədov səhər saatlarında işə gedərkən ona məlumat verirlər ki, bir nəfər körpüyə çıxaraq intihar etmək istəyir. Novruz Məmmədov yolunu dəyişdirərək əraziyə getmək qərarına gəlir. Bu müddət ərzində isə intihara cəhd edən Tovuz sakini Yaşar Əhmədovla telefonla əlaqə yaradır və problemi ilə maraqlanır.

Yaşar Əhmədov nə üçün belə addım atmaq istədiyinin səbəblərini açıqlayıb. Baş nazir Novruz Məmədov isə onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımi köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın.

Yaşar Əhmədov fikrindən daşınaraq təhlükəsizlik qaydalarına əməl edilməklə aşağı endirilib. O, baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib.

Novruz Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir.

Baş nazir Bakıda intihar emək istəyən şəxslə bağlı göstəriş verdi – VİDEO – YENİLƏNİB

S.Xankişiyeva

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər