26 yaşlı gəlin qayınanasını baltalayıb, ərini isə ... | 1news.az | Xəbərlər
Cəmiyyət

26 yaşlı gəlin qayınanasını baltalayıb, ərini isə ...

11:40 - 01 / 08 / 2018
26 yaşlı gəlin qayınanasını baltalayıb, ərini isə ...

Qobustan rayon Poladlı kəndində qadın əvvəl həyat yoldaşını, sonra isə qayınanasını başından vurub.

1news.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, 26 yaşlı Siyatel İbrahimova iyulun 30-da mübahisə zəminində əlindəki dəmir qəfədanla həyat yoldaşı Ağababa Əkbərovu başından vurub. Ötən gün səhər saatlarında isə qayınanası Tahirə Əkbərova ilə mübahisə edib.

Bu zaman S.İbrahimova ət doğrayırmış və əlindəki balta ilə qaynanasının başından vurub.

Kənd sakinləri bildirir ki, qadın qonşu kənddəndir və bu vaxta qədər onların ciddi münaqişələri olmayıb. Ailənin iki azyaşlı uşağı var. Hadisədən dərhal sonra isə qadın uşaqlarından birini götürərək atasıgilə gedib.

T.Əkbərovanın vəziyyəti ağır olduğundan əvvəl rayon mərkəzi xəstəxanasına, oradan isə Bakıya gətirilib. Onun Bakıda əməliyyat edildiyi bildirilir.

Hadisə ilə bağlı polis artıq qadını saxlayıb və cinayət işi açılıb.

S.Xankişiyeva

Paylaş:
732

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər