Sürücülərin nəzərinə: bu yollardan keçməyin | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin nəzərinə: bu yollardan keçməyin

11:16 - 02 / 08 / 2018
Sürücülərin nəzərinə: bu yollardan keçməyin

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi 1 avtomobil yolunun 0-10 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a məlumat verilib.

Bundan başqa, bu gün saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

S.Xankişiyeva

 

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər