Qadın futbolçular arasında kütləvi dava: 4 nəfər xəstəxanalıq oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qadın futbolçular arasında kütləvi dava: 4 nəfər xəstəxanalıq oldu – VİDEO

13:56 - 14 / 08 / 2018
Qadın futbolçular arasında kütləvi dava: 4 nəfər xəstəxanalıq oldu – VİDEO

Argentinada qadınlardan ibarət “Universitario” və “Libertad” komandaları arasında keçirilən oyun kütləvi dava ilə başa çatıb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, münaqişəyə “Libertad”ın baş məşqçisinin hakimin penalti qərarı ilə razılaşmaması səbəb olub.

Bu zaman rəqib baş məşqçinin hərəkətləri “Universitario” futbolçularından birini qəzəbləndirib və o, məşqçinin üstünə qışqırmağa başlayıb. “Libertad”ın futbolçu qadınları isə öz növbələrində məşqçilərinin tərəfini saxlayıblar və mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə 4 futbolçu bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Matç “Universitario”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

1news.az

Paylaş:
721

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər