AFFA Dağlıq Qarabağda keçiriləcək turniri pisləyir | 1news.az | Xəbərlər
İdman

AFFA Dağlıq Qarabağda keçiriləcək turniri pisləyir

17:17 - 21 / 08 / 2018
AFFA Dağlıq Qarabağda keçiriləcək turniri pisləyir

2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdır.

Bu haqda 1news.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadla xəbər verir.      

“CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma “Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi. AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanlamışdı.

CONIFA-nın tərkibinə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma respublikalar, müəyyən dövlətlərin ərazisindəki müstəqillik iddiası olmayan ərazilər, müxtəlif diasporaların yığma komandaları daxildir.

AFFA 2019-cu ildə CONIFA-nın təşkilatçılığı ilə qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək, bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında elan olunmuş qondarma “Dağlıq Qarabağ Respublikası” ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
993

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər