“Qarabağ” Aqvropa Liqasının qrup mərhələsində - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Aqvropa Liqasının qrup mərhələsində - VİDEO

09:40 - 31 / 08 / 2018
“Qarabağ” Aqvropa Liqasının qrup mərhələsində - VİDEO

Avropa Liqasında komandalar qrup mərhələsinə vəsiqə qazanmaq üçün son oyunlarını keçiriblər.

1news.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da pley-off-da cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası səfərdə minimal hesabla məğlub olduğu Moldovanın “Şerif” klubunu qonaq edib.

Ağdam təmsilçisi səfərdəki məğlubiyyətin əvəzini 3 cavabsız qolla çıxıb. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə qalib gələn “Qarabağ” tarixində dördüncü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü bu gün - avqustun 31-də atılacaq.

30 avqust

Avropa Liqası

Pley-off mərhələsi

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 3:0 

Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55

İlk oyun – 0:1

Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1news.az

Paylaş:
891

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər