Analoqsuz teatr ad gününü qeyd edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Analoqsuz teatr ad gününü qeyd edir – FOTO

11:15 - 03 / 09 / 2018
Analoqsuz teatr ad gününü qeyd edir – FOTO

Ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı bu gün 2 yaşını sadə və dəbdəbədən uzaq şəkildə qeyd edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Baş menecerin sözlərinə görə, teatrın kollektivi ad gününü sadə qeyd etməyi qərara alıb:

“Əslində ƏSA Teatrı 2 yaşını daha təmtəraqlı qeyd edə bilərdi. Amma hazırda böyük bir tamaşanın məşqləri getdiyindən ad gününü qeyd etməyə vaxt yoxdur. Buna görə də teatrın kollektivi ilə ad gününü məşq prosesində sadə formada öz aramızda qeyd edəcəyik”.

Qeyd edək ki, ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən Bakıda yaradılmaqla, dünyada inklüziv incəsənət sahəsində bir ilkə imza atıb. Belə ki, hal-hazırda təkcə Azərbaycanda və region ölkələrində deyil, dünyanın heç bir ölkəsində peşəkar teatr tamaşaları hazırlayıb böyük səhnələrdə təqdim edən inklüziv teatr yoxdur. Yalnız bir neçə ölkədə özfəaliyyət səviyyəsində olan yaradıcılıq dərnəkləri var.

ƏSA Teatrı yarandığı gündən bu günədək dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini səhnələşdirib. Teatr gənc olmasına baxmayaraq, U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin əsərləri olmaqla 5 tamaşa və 1 performans təqdim edib. Həmçinin, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. Teatr bu günədək yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.

Hazırda ƏSA Teatrı fəaliyyəti dövrünün ən böyük tamaşasını hazırlayır. Teatrın baş meneceri Nicat Qulam bildirib ki, olduqca böyük olan dünyamiqyaslı bu layihə barədə ictimaiyyətə yaxın günlərdə ətraflı məlumat veriləcək.

S.Xankişiyeva

ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

Paylaş:
453

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər