Erkin İbrahimov: Maltada effektsiz oyun modelinin şahidi olduq
Futbol üzrə Azərbaycan yığması Maltada keçirilən Millətlər Liqasında yerli komanda ilə ikinci görüş zamanı heç-heç oynadı – 1:1.
Millimizin nəticələri azərbaycanlı futbol həvəkarlarını ciddi şəkildə məyus etdi.
Futbol şərhçisi Erkin İbrahimov Maltada keçirilmiş oyunla bağlı “Bakinsiy raboçi” qəzetinə öz təəssüratlarını bölüşüb:
– Azarkeşlərlə tam razıyam. Son faktları nəzərə alaraq komandamız Maltanı, üç gün əvvəl isə Kosovonı udmalı idi.
– Bu gün bir çoxları “dünyada zəif komandaların gün-gündən azaldığını”, “mütləq favorit”, “məlum autsayder” kimi məfhumlar keçmişdə qalıb, “bir çox ölkələr üstünlüklər əldə ediblər”. Bəs yaxşı, biz nə vaxt üstünlüyə nail olacağıq?
- Maraqlı sualdır. Və kifayət qədər ritorik. Xatırlayırsınızsa, 2016-cı ilin payızında Robert Prosineçkinin rəhbərliyi ilə millimiz 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi iki turdan sonra 6 xal toplamışdı. Yüzfaizli nəticə!
- 3 turdan sonra 7 xal oldu.
- Xatırlayıram. O zaman millinin düşdüyü qrup asan deyildi. Qrupda təcrübəli çexlər, norveçlər, şimali irlandiyalılar, o zamanın dünya çempionları – almanlar vardı. Yığmamız 3 oyundan sonra 7 xal topladı. Yığmanın tərkibi elə indiki kimi eyni idi. Deməli, Azərbaycan düzgün seçilmiş taktika ilə nəticə əldə edə bilir.
- Millətlər Liqasının başlanğıcı ərəfəsində bəyan etdiniz ki, 2 turdan sonra millinin aktivində ən azı 4 xal olmalıdır. Bəs düz baş verməyən nə oldu?
- Kosovo ilə matçdan danışsaq, rəqibimizin gücü şişirdilib. Bəli, onlar Balkanları təmsil edir, burada futbol hər zaman yüksək keyfiyyəti ilə seçilib. Düşünürəm ki, futbolçularımız oyundan öncə rəqib haqda yüksək fikirdə olduqları üçün özlərini “yandırıblar”. Həmçinin həyəcana Qurban Qurbanovun baş məşqçi kimi Bakıda debütü də qatıldu. Nəhayət ki, tərkib, fikrimcə, səhv idi.
Nəticədə – oyun solğun keçdi. Yeri gəlmişkən, kosovalılar mətbuatımızın qeyd etdiyi kimi, güclü və yüksəkkeyfiyyətli deyildi. Komandanın təkibində bir neçə zəif oyunçu olsa da, ümumilikdə pis təşkil olunmamışdı və yığmamız onlara qalib gələ bilərdi.
Maltadakı görüşdən danışdıqda, orada ilkin tərkibdə bir sıra dəyişikliklər gördük. Düşünürəm ki, bu addımlar düzgün atılmışdı. Komandadan kənarlaşdırılan yeganə insan Rauf Əliyev idi.
- Əgər hər bir tədbir düzgün və yerində görülmüşdüsə, nə üçün yığmamızın nümayiş etdirdiyi oyun darıxdırıcı və az məhsuldar oldu?
- Bunu müzakirə edərkən bir çoxları yığmamızın fiziki cəhətdən az hazırlıqlı olduğunu deyirlər. Bu, yalnış fikirdir. Məhz fiziki baxımdan problem yox idi. Oyun modeli qeyri-effektiv idi. Buna görə də güclər səmərəsiz sərf edildi.
Dünya çempionatını bir çoxları futbolda qanunverici dəb adlandırır. Daha doğrusu, hansı komandanın futbolda daha çox nəticə göstərdiyini. Rusiyada keçirilən çempionatda kim mundialın “qızılını” qazandı? Fransa.
- Qurbanovun tərkibi seçərkən “ağdamlılara üstünlük verərək, digər oyunçuları görməzlikdən gəlmək” fikrini şərh edin.
- Belə deməzdim. İstənilən halda, onun yetirmələri Maltadakı görüş zamanı digər klubların oyunçularından nə pis, nə də yaxşı oynamadı.
-Millimizdə elə oyunçu varmı ki, onun olmaması sizi məyus edir?
- Bəli, “Neftçi” komandasından olan futbolçu – Mirabdulla Abbasov var. Son zamanlar o, hücumçu kimi yaxşı oyun nümayiş etdirir və Rauf Əliyev, Ramil Şeydayevdən daha yaxşı formadadır. Onu nə üçün milli komandaya dəvət etmədiklərini anlaya bilmirəm.
- Almaniyada çıxış edən Renat Dadaşov kimi?
- Renatı olimpiya gənclər yığmasına dəvət edilib. Həqiqətən də, o 19 yaşlılar arasında futbol üzrə əla səviyyə göstərir.
- Maltadakı görüş zamanı Qurbanov 3 dəyişiklik edib ki, siz bunu uğursuz adlandırmısınız. Nə üçün?
- Çünki Cavid İmamverdiyev, Ramil Şeydayev və Urfan Abbasov ideal formadan kənardırlar. Onun meydana çıxışı komandaya çox şey verə bilməz.
- Şeydayevin Rusiyadan Azərbaycana gələrək burada vətəndaşlıq qəbul etməsi mətbuatda geniş müzakirələrə səbəb oldu. Ramilin ünvanına yüksək diqqətin olması onun əhvalı yaxşı təsir etmədi.
- AFFA istedadlı futbolçunun Azərbaycana köçməsilə bağlı böyük və faydalı iş gördü. KİV-ə gəlincə, onun futbolçu kimi daha çox təriflənməsi çox şişirdildi. Axı o, deyilənlərin üçdəbirini doğrulda bilmədi. Yaxın günlərdə o Rusiyanın “Sovetlərin Qanadı” klubuna keçdi. Görək orada yerini möhkəmlədə biləcəkmi.
- Sonuncu sual: millimizin farerlərlə 3-cü turda nə kimi şansları var?
- Azərbaycanın qatı müdafiə malik farerlərlə oyunu çətin olacaq. Lakin biz qələbə qazanmalıyıq. Əks halda, Millətlər Liqasının pley-off mərhələsinə düşməkdən söhbət gedə bilməz.
Əlavə edək ki, D Divizionunun 3-cü qrupunda 2 turdan sonra vəziyyət belədir.
1) Kosovo – 4 xal;
2) Farerlər – 3 xal;
3) Azərbaycan – 2 xal;
4) Malta – 1 xal.
Azərbaycan millisi Maltadan sülhlə dönür - FOTO - VİDEO
Azərbaycan yığması Maltaya qələbə qazanmaq üçün yollanıb – FOTO – VİDEO
Millətlər Liqası: Azərbaycan Maltaya qarşı
Tərcümə: S.Xankişiyeva