AFFA Hakimlər Komitəsində yeni sədr: Xaqani Məmmədovu əcnəbi əvəz edəcək - FOTO | 1news.az | Xəbərlər
Futbol

AFFA Hakimlər Komitəsində yeni sədr: Xaqani Məmmədovu əcnəbi əvəz edəcək - FOTO

15:03 - 14 / 09 / 2018
AFFA Hakimlər Komitəsində yeni sədr: Xaqani Məmmədovu əcnəbi əvəz edəcək - FOTO

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda qurumun Hakimlər və Hakim-İnspektorlar komitələrinin birlişdirilməsi barədə qərar qəbul edilib.

Yeni komitəyə avstriyalı sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin olunub. Bununla da Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.

1news.az

Paylaş:
929

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər