Telman İsmayılov məşhur müğənnini oğurlatdırmaqda ittiham olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Telman İsmayılov məşhur müğənnini oğurlatdırmaqda ittiham olunur

09:40 - 19 / 09 / 2018
Telman İsmayılov məşhur müğənnini oğurlatdırmaqda ittiham olunur

Bir vaxtlar adı Rusiyanın tanınmış iş adamları siyahısında olan və Türkiyədəki otellər zənciri ilə gündəmə gələn iş adamı Telman İsmayılovun adı "Adam oğurlatdırıb döydürməyə görə" qaldırılan cinayət işinin sifariçisi və əsas fiqurlarından biri kimi keçir.

1news.az-ın Contact.az-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı verən Rusiyanın "Kommersant" qəzeti 17 sentyabr saat 04.30-da başladılan cinayət işi çərçivəsində Telman İsmayılovun bacısı oğlu, keçmişdə İsmayılova məxsus olmuş "Praqa" restoranının baş direktoru Zaur Mərdanovun polis nəzarətinə götürüldüyünü yazıb.

Haqqında 48 saatlıq həbs qəti imkan tədbiri qərarı qəbul edilən Mərdanovun həbs edilməsi üçün Rusiya İstintaq Komitəsinin məhkəməyə müraciət etməsi gözlənilir. Zaur Mərdanovun bir vaxtlar Rusiyanın tanınmış müğənnisi olmuş Avraam Russonun şikayət ərizəsi əsasında polis nəzarətinə alındığı məlum olub.

"Kommersant" qəzetinin istintaq mənbələrindən əldə etdiyi məlumata görə, Avraam Russo öz ərizəsində göstərib ki,bir vaxtlar onun konsertlərini maliyyələşdirən Telman İsmayılov 2004-cü il yanvarın axırında onu özünü sahibi olduğu "Praqa" restoranına dəvət edərək, başqa şirkətlərlə əməkdaşlığı dayandırmağı tələb edib. İsmayılovun restorandakı kabinetində 31 yanvar 2004-cü ildə bir neçə nəfər tərəfindən döyüldüyünü və təzyiqə məruz qaldığını şikayət ərizəsində qeyd edən Avraam Russo, daha sonra qaçırıldığını, fevralın 1-də Telman İsmayılovun tələblərinin hamısını qəbul etdikdən sonra onun göstərişi ilə azad edildiyini bildirib.

Telman İsmayılovu müdafiə edən vəkil Marina Rusakova "Kommersant" qəzetinə verdiyi açıqlamada "Bu qədər ağır bir cinayət barədə 14 ildən sonra şikayət ərizəsi verilməsinin məntiqsiz olduğunu, səhər saat 4.30-da cinayət işi qaldırılmasının isə izahının olmadığını"- deyib."Kommersant" qəzeti 2016-cı ilin mayında Moskva yaxınlığında iki iş adamının öldürülməsinə görə şübhəli bilinən Telman İsmayılovun beynəlxalq axtarışda olduğunu da yazıb.

Qeyd edək ki, Azərbaycan doğumlu Telman İsmayılov bir vaxtlar Moskvada 70 hektar ərazidə yerləşən Çerkizov bazarının sahibi olub. İş adamı 2009-cu ildə Türkiyənin turizm sektoruna böyük investisiya qoyub. Sonrakı illərdə İsmayılovun iflas etməsinə dair xəbərlər Rusiya və Türkiyə mətbuatında yer tutub.

1news.az

Paylaş:
2273

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər