Xətaidə baş verən güclü yanğın söndürüldü

Bakının Xətai rayonunda baş verən güclü yanğın söndürülüb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, 2-ci mərtəbəsi çay evi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.
Mövzu ilə əlaqədar:
Bakıda dəhşətli yanğın başladı - VİDEO
1news.az
474